Aİ xarici işlər nazirləri bazar ertəsi Ukraynanı müzakirə edəcəklər

Aİ xarici işlər nazirləri bazar ertəsi Ukraynanı müzakirə edəcəklər

07:40
Bəyəndim (1) Bəyənmədim (0)

Avropa İttifaqının xarici işlər nazirləri Ukraynadakı vəziyyəti müzakirə etmək üçün avqustun 11-də görüşəcəklər.

Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın çağırdığı toplantıda nazirlər Qəzza zolağındakı vəziyyəti də müzakirə edə bilərlər.

Təcili olaraq nazirlər toplantısının çağırılması barədə qərar şənbə gecəsi ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə avqustun 15-də Alyaskada görüşəcəyi məlum olduqdan sonra qəbul edilib. Danışıqların mərkəzi mövzusunun Ukrayna nizamlanması olacağı güman edilir.

Əziz Mustafa