Tramp Putinlə görüşdən gözləntiləri haqqında: Mən atəşkəs görmək istərdim

Tramp Putinlə görüşdən gözləntiləri haqqında: Mən atəşkəs görmək istərdim

08:32
Bəyəndim (3) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp Rusiya diktatoru Vladimir Putinlə gözlənilən görüşdə Ukraynada atəşkəslə bağlı razılığa gəlməyə çalışır.

Bu barədə Oxuməni.az Amerika liderinin mətbuat konfransına istinadən məlumat yayıb. Tramp Putinlə görüşü şərh edərkən belə bir tədbirin “möhtəşəm bir şey” olacağını təklif edib.

O, görüşdən sonra Ukraynadakı müharibədən artıq "yorğun" olan və ölkələrinə pul xərcləmək istəyən Avropa liderlərinə zəng edəcəyini dəqiqləşdirib.

ABŞ prezidentinin sözlərinə görə, Avropa ona ümid bağlayır, çünki o olmasaydı, Rusiyanın Ukraynaya qarşı müharibəsi heç vaxt, “son adam ölənə qədər” bitməzdi.

"İki şeydən biri baş verəcək: yaxşı görüş olacaq, biz irəliyə doğru bir addım atacağıq. Mən çox tez atəşkəs görmək istərdim, dərhal görmək istərdim, amma bunu çox tez görmək istərdim... Ümid edirəm ki, böyük uğurlarımız olacaq", - Tramp bildirib.

ABŞ prezidenti ikinci ssenarini necə gördüyünü açıqlamayıb.

Əziz MUSTAFA