Rusiyalıların demək olar ki, yarısının xarici pasportu yoxdur

Rusiyalıların demək olar ki, yarısının xarici pasportu yoxdur

12:40
Bəyəndim (2) Bəyənmədim (0)


Bu gün rusiyalıların yarısından bir qədər çoxunun xarici pasportu var. Rusiya sakinlərinin üçdə birindən azı həyatlarında onu heç vaxt belə almayıblar. Bundan əlavə, xarici pasport almaq üçün müraciət edənlərin bəziləri heç vaxt xaricə getməyib.
Oxuməni.az-ın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bunu “Kupibilet” xidmətinin araşdırmasının nəticələri göstərib.
Xüsusilə də məlum olub ki, rusiyalıların 47%-nin xaricə getmək üçün pasportu yoxdur. Onlardan 29%-i heç vaxt pasport almayıb, qalan 22%-nin isə müddəti bitmiş xarici pasportu var.
Xarici pasportu olanların 32%-nin yeni modeli var. 17%-nin “köhnə” sənədi var. Digər 4% isə eyni anda iki pasport sahibidir.
Araşdırmanın müəllifləri onu da müəyyən ediblər ki, insanın xarici pasportu olsa belə, bu, onun tez-tez səfərlərə çıxması demək deyil, “RİA Novosti” xəbər verir.
"Rusiyalıların 1%-nin xarici pasportu var, lakin ondan heç vaxt istifadə etməyib, 17%-i isə yalnız bir dəfə xaricdə olub. Çox vaxt ruslar xarici pasportlarından 4-6 dəfə (40%) və ya 2-3 dəfə (32%) istifadə ediblər" – araşdırmada deyilir.
Xarici pasport sahiblərinin isə yalnız 9%-i xarici ölkələrə altı dəfədən çox səfər edib.
Qeyd edək ki, sorğuda 1,2 mindən çox rusiyalı iştirak edib.
Almaz Həsənli