Polşa dəmir yolu təxribatından sonra Ukraynaya Tomahavk raketlərinin çatdırılmasını tələb edir
GROM xüsusi təyinatlı dəstəsinin keçmiş komandiri, Polşa generalı Roman Polko dəmir yolu təxribatından sonra Ukraynaya Tomahawk raketlərinin çatdırılmasını tələb etdi. Bu barədə ORMF24 məlumat verib.
Polkonun sözlərinə görə, Tomahawk raketlərinin çatdırılması Rusiyaya "müharibənin ağırlığını hiss etdirə bilər".
"Biz başımızı quma basdıra bilmərik; biz qətiyyətli və effektiv hərəkət etməliyik", - deyə o vurğuladı.
General Avropa Birliyi və NATO daxilində həmrəyliyin gücləndirilməsinin vacibliyini qeyd etdi və baş nazirlərinin Rusiyaya "müsbət münasibət bəslədiyi" Macarıstan və Slovakiyaya diqqət çəkdi.
17 noyabrda Polşada Ukraynaya aparan dəmir yolu xəttində ziyan aşkar edildi. Baş nazir Donald Tusk bunun təxribat ola biləcəyini bildirdi. Daxili İşlər və Administrasiya nazirinin müavini Maçey Duşçik də oxşar fikir bildirib. O qeyd edib ki, Polşa son zamanlar müxtəlif təxribat formaları ilə qarşılaşır. Lakin Duşçik hadisəyə görə Rusiyanı günahlandırmamağa çağırıb.
Əziz Mustafa



















































































