İslandiya 2026-cı ildə Aİ-yə üzvlük məsələsi ilə bağlı referendum keçirməyi planlaşdırır

İslandiya 2026-cı ildə Aİ-yə üzvlük məsələsi ilə bağlı referendum keçirməyi planlaşdırır

12:14
Bəyəndim (2) Bəyənmədim (0)



İslandiya Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı səsverməni əvvəllər planlaşdırıldığı kimi 2027-ci ildə deyil, 2026-cı ildə keçirmək imkanını nəzərdən keçirir.
Oxuməni.az-ın məlumatına görə, bu barədə “Politico” mənbələrə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, İslandiya artıq avqust ayında Aİ-yə üzvlük danışıqlarının bərpası məsələsini referenduma çıxara bilər. Altinqin (İslandiya parlamenti) yaxın həftələrdə səsvermənin tarixini elan edəcəyi gözlənilir. Jurnalistlərin həmsöhbətlərindən biri bildirib ki, əgər islandiyalılar "hə" səsini versələr, onların ölkəsi istənilən digər namizəd ölkədən daha tez Aİ-yə qoşula biləcək.
Politico-nun ifadəsinə görə, İslandiya hakimiyyəti prosesi "geosiyasi sarsıntılar dövründə", o cümlədən ABŞ-ın İslandiyaya qarşı rüsum tətbiq etmək qərarından və Donald Trampın Qrenlandiyanı ilhaq etmək təhdidlərindən sonra sürətləndirmək qərarına gəlib.
Aİ rəsmilərindən biri bildirib ki, "kiçik ölkə" Trampın yanvar ayında Davos forumunda Qrenlandiya haqqında danışarkən İslandiyanı dörd dəfə qeyd etməsini yəqin ki, narahatlıqla qarşılayıb.
Vəziyyət, Trampın İslandiyadakı səfir postuna namizədi Billi Lonqun bu ölkənin ABŞ-ın 52-ci ştatı olacağı və onun qubernator olacağı ilə bağlı zarafatından sonra daha da kəskinləşib.
Almaz Həsənli