İsrailin Livana hücumunda dörd İran diplomatı öldürülüb

İsrailin Livana hücumunda dörd İran diplomatı öldürülüb

07:56
Bəyəndim (1) Bəyənmədim (0)

Beyrutdakı Ramada Otelinə İsrailin hücumunda dörd İran diplomatı öldürülüb. Tasnim-in məlumatına görə, İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bu barədə BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda bildirib.

Hücum 8 martda baş verib. İsrail Müdafiə Qüvvələri (İMQ) Beyrutda fəaliyyət göstərən Livan Qüds Qüvvələrinin komandirlərini vurduğunu iddia edib. Onların İsraildə terror hücumları planlaşdırdığı iddia edilir.

Reuters mənbələri İMQ-nin İslam İnqilabı Keşikçiləri Korpusunun beş yüksək vəzifəli üzvünü hədəf aldığını bildirib. Ramada Otelinin fasadı zədələnib.

28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. 2 martda İsrail Livan Hizbullah hərəkatına qarşı əməliyyata başladığını elan edib. Növbəti gün İMQ qoşunları Livanın cənubuna daxil olub.

Əziz Mustafa