Paşinyan izah edib ki, ermənilər niyə Aya uçmurlar

Paşinyan izah edib ki, ermənilər niyə Aya uçmurlar

16:00
Bəyəndim (2) Bəyənmədim (0)


Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Aya eniş proqramının olmamasını 400.000 mütəxəssis çatışmazlığı ilə əlaqələndirib. Oxuməni.az xəbər verir ki, bu barədə onun ictimai innovasiya forumundakı çıxışını RİA Novosti sitat gətirir.
Paşinyan bildirib ki, 400.000 alimin Aya eniş etmək üçün Amerika “Apollon” proqramı üzərində işlədiyini öyrənəndə təsirlənib. O, ABŞ-da bu qədər insan olmasaydı, layihənin heç vaxt həyata keçirilməyəcəyinə əminliyini ifadə edib.
"Əlbəttə ki, min illik tariximizdə heç vaxt Aya getməyi planlaşdırmamışıq və təəssüf ki, hələ də planlaşdırmırıq. Və bunun bir səbəbi var: bu 400.000 alim və mütəxəssisin olmaması", - deyə Ermənistan rəhbəri bildirib.
2026-cı ildə, “Apollon” missiyalarından bəri ilk dəfə olaraq, insanların Ayın görünməyən tərəfini öz gözləri ilə görmələri gözlənilir. “Artemis 2” missiyasındakı astronavtlar 2027-2028-ci illərdə eniş üçün oraya gedirlər. Əgər hər şey plan üzrə gedərsə, amerikalı sahibkar, aerokosmik şirkətin "Blue Origin"-in təsisçisi və sahibi Ceff Bezos uzun müddətdir rəqibi olan "SpaceX"-in təsisçisi İlon Maskdan qisas ala və Aya ilk eniş edərək onu keçə biləcək.
Almaz Həsənli