İranın raket potensialını bərpa etmə sürəti İsraili təəccübləndirib

İranın raket potensialını bərpa etmə sürəti İsraili təəccübləndirib

13:43
Bəyəndim (1) Bəyənmədim (0)

İsrail hərbçiləri və "Mossad" kəşfiyyatının nümayəndələri İranın 2026-cı ilin yazında baş vermiş müharibədən sonra ballistik raket potensialını bərpa etmə sürətindən təəccübləniblər. Oxuməni.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.

Aprel ayında başa çatan hərbi əməliyyatlardan sonra İsrail tərəfi hesab edirdi ki, endirilən zərbələr İranın raket sənayesinə və infrastrukturuna ciddi ziyan vurub. Lakin təxminən dörd ay keçdikdən sonra qiymətləndirmələr dəyişib: bərpa işləri ilkin proqnozlardan xeyli sürətlə gedir.

Nəşrin məlumatına görə, İran eyni vaxtda istehsal güclərini, raket bazalarını və ballistik raketlərlə bağlı digər infrastruktur elementlərini bərpa edir. Hələ iyul ayında bildirilirdi ki, İsrail və ABŞ tərəfindən vurulan bir sıra obyektlərin təmiri gözlənilən vaxtdan daha tez başa çatır.

İsrail hərbçiləri hazırda İranın raket arsenalının sürətlə bərpasını ciddi potensial təhdid kimi qiymətləndirirlər. "The Jerusalem Post" qeyd edir ki, Tehranın imkanlarını bərpa etmə sürəti İsrailin güc strukturları üçün gözlənilməz olub.

Almaz Həsənli