30 avqust Kiyev bölgəsində matəm günü elan edildi
Kiyev bölgəsində 30 avqust bazar günü Rusiya hücumu qurbanları üçün matəm günü elan edilib. Oxuməni.az xəbər verir ki, bu barədə Kiyev Regional Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib. Yas və xatirə əlaməti olaraq Kiyev bölgəsində Ukraynanın dövlət bayraqları endiriləcək. Əyləncə fəaliyyətləri məhdudlaşdırılacaq.
Xatırladaq ki, Kiyev vilayətinin Buça rayonunda Rusiya hücumu və sonrakı partlayış nəticəsində ölənlərin sayı 27-yə çatıb, daha 42 nəfər yaralanıb. Həmçinin, Kiyevin Obolon rayonunda iki yaşlı uşağın pilotsuz təyyarənin hücumu nəticəsində öldüyü bildirilib.
29 avqust səhəri Kiyev vilayətinin Boryspil rayonunda 14 yaşlı qız Rusiyanın pilotsuz təyyarəsinin hücumu nəticəsində həlak olub.
Əziz Mustafa
Digər xəbərlər


















































































