Rusiya Dövlət Duması seçkilərindən sonra Ukrayna ilə danışıqlara qayıtmağa hazırdır

Rusiya Dövlət Duması seçkilərindən sonra Ukrayna ilə danışıqlara qayıtmağa hazırdır

07:52
Bəyəndim (1) Bəyənmədim (0)

Amerikalı emissarlar avropalı tərəfdaşlarına Rusiyanın sentyabr ayında Dövlət Duması seçkilərindən sonra Ukrayna ilə danışıqları bərpa etməyə hazır olduğunu bildirdilər. Oxuməni.az xəbər verir ki, bu barədə Yelisey Sarayının məlumatlnda deyilir.

Amerikalı emissarlar Kiyevdə keçirilən görüşlər zamanı Avropa ölkələrinin nümayəndələrini Rusiyanın "danışıqlara yeni hazırlığı" barədə məlumatlandırıblar. Fransa tərəfinin məlumatına görə, müzakirə Rusiya parlamentinin aşağı palatasına seçkilərdən sonra danışıqlar prosesinin mümkün bərpası ilə bağlıdır.

ABŞ səfirləri Stiv Vitkov və Cared Kuşner Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüblər. Danışıqlarda Böyük Britaniya, Fransa və Almaniyadan olan nümayəndələr də iştirak ediblər. Danışıqlardan sonra Ukrayna, ABŞ və Avropa ölkələri ədalətli sülhə nail olmaq üçün dialoqu davam etdirmək barədə razılığa gəliblər və növbəti məsləhətləşmələr mərhələsinin formatı razılaşdırılır.

"Amerikalılar bizə dedilər ki, Rusiya Duma seçkilərindən sonra yenidən danışıqlara hazırdır və bu kontekstdə danışıqların yeni mərhələsinə hazırlaşmalıyıq", - deyə Fransa prezident administrasiyası jurnalistlər üçün telefon brifinqi zamanı bildirib.

Dövlət Dumasına seçkilər 18-20 sentyabr tarixlərinə planlaşdırılıb. Buna görə də, Amerika tərəfindən Fransaya daxil olan məlumata görə, bu səsvermədən sonra danışıqların yeni mərhələsi keçirilə bilər.

Əziz Mustafa