"Volkswagen" hava hücumundan müdafiə sistemləri istehsal edəcək

"Volkswagen" hava hücumundan müdafiə sistemləri istehsal edəcək

12:00
Bəyəndim (0) Bəyənmədim (0)


Alman avtomobil istehsalçısı "Volkswagen" zavodu tədricən müdafiə sənayesi müəssisəsinə çevirməyi planlaşdırır. Oxuməni.az xəbər verir ki, bu barədə "Volkswagen" in mətbuat xidməti məlumat yayıb.

İsrailli investor Aurelius Capital tərəfindən maliyyələşdirilən zavodda ilk müdafiə layihəsi, Dəmir Günbəz sistemini inkişaf etdirməsi ilə tanınan İsrail şirkəti Rafael üçün hava hücumundan müdafiə sistemlərinin istehsalı olacaq. Zavodun Almaniya və digər Avropa ölkələri üçün hava hücumundan müdafiə sistemləri və komponentləri istehsal etməsi gözlənilir.
Osnabrückdəki "Volkswagen" zavodunda hazırda təxminən 1800 nəfər çalışır. Yenidənqurma işlərindən sonra zavod təxminən 1200 işçi üçün iş imkanlarını saxlamağı planlaşdırır.

"Volkswagen" zavodun yeni korporativ strukturuna keçidini dəstəkləyəcəyini bildirib. Bu məqsədlə avtomobil istehsalçısı sənaye təcrübəsini, inkişaf və sənayeləşmə biliklərini və mövcud infrastrukturunu təqdim edəcək. Beləliklə, Osnabrück zavodunun Almaniyada müdafiə istehsalı üçün çevrilən ilk avtomobil zavodu olacağı gözlənilir.
Alman avtomobil istehsalçıları getdikcə Avropa müdafiə sənayesi üçün çalışırlar. Artıq Mercedes-Benz məşhur mülki modellərinə əsaslanan ixtisaslaşmış əks-dronlu nəqliyyat vasitələri istehsal etməyə hazırlaşır. Buna paralel olaraq Pentaqonun sifarişi ilə ABŞ-ın avtomobil nəhəngləri Ford və GM-i silah istehsal etmək niyyətindədirlər.

Əziz MUSTAFA