Müsəlman qatili "qəssab" ləqəbli  Mladiçin təmtəraqlı dəfn mərasimi Serbiyanın AB-yə üzvlük yolunu çətinləşdirib

Müsəlman qatili "qəssab" ləqəbli Mladiçin təmtəraqlı dəfn mərasimi Serbiyanın AB-yə üzvlük yolunu çətinləşdirib

14:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bosniya serb ordusunun keçmiş komandiri əlləri müsılmanların qanlarına batan "qəssab" ləqəbli Ratko Mladiçin Serbiyada hərbi və dini şərəflərlə dəfn mərasimi AB liderlərinin qınağına səbəb olub və ölkənin AB-yə üzvlük yolunu çətinləşdirib. Oxuməni.az xəbər verir ki, bu barədə Politico-nun məlumatında deyilir.

Nəşr Avropa diplomatiyasının sözçüsü Kristian Viqanddan sitat gətirir: "Müharibə cinayətkarlarının hər hansı bir təriflənməsi, soyqırımın inkarı və revizionizm ən fundamental Avropa dəyərlərinə ziddir və AB-də və ya AB namizəd ölkələrində qəbuledilməzdir". Bundan əlavə, Politico bildirir ki, AB-nin genişlənmə üzrə komissarı Marta Kos qatil, "qəssab" Mladiçin "təriflənməsi" səbəbindən Serbiyaya səfərini ləğv edib. Dəfn mərasimi Sloveniya, Xorvatiya, Bosniya və Herseqovina və Kosovoda da pislənilib.

Serbiya prezidenti Aleksandr Vuçiç dəfn mərasimində iştirak etməyib və ya heç bir ictimai açıqlama verməyib. Serbiya hökuməti dəfn mərasimində hər hansı bir iştirakını təkzib edib. Lakin Politico qeyd edir ki, milli bayraqla örtülmüş tabutu Serbiya Silahlı Qüvvələrinin üzvləri müşayiət edib. Dəfn mərasiminə Serbiya Pravoslav Kilsəsinin Patriarxı Porfirije rəhbərlik edib. Nəşr həmçinin dəfn mərasimində iştirak edən müxalifətdəki Serbiyanın Yeni Demokrat Partiyasının lideri Miloş Yovanoviçdən də sitat gətirib və general Mladiçin serblər üçün "azadlıq simvolu" olaraq qaldığını bildirib.

Serbiyalı cəllad Ratko Mladiç 27 avqustda 84 yaşında həbsxana xəstəxanasında vəfat edib. Bosniya müharibəsi zamanı müsəlman qanı içən və vəhşiliyinə görə insan əti yeyən "qəssab"ləqəbi ilə çağrilan Mladiç, Bosniya serblərinin liderlərindən biri olub. 2017-ci ildə Haaqadakı Beynəlxalq Cinayət Tribunalı onu müharibə cinayətləri və soyqırımda ittiham edib. Əlləri qanlı serbiyalı cəllad, insan əti yeyən "qəssab" Mladiç 1995-ci ilin yayında Srebrenitsada təxminən 8000 müsəlmanın qətlinin təşkilində və Serbiya qoşunları tərəfindən Sarayevonun blokadası və atəşə tutulması nəticəsində təxminən 12000 insanın (1600 uşaq da daxil olmaqla) ölümündə ittiham olunub.
Əziz MUSTAFA