"Formula-1"-in keçmiş rəhbəri Ekklstoun Portuqaliya hava limanında silah daşıdığına görə saxlanılıb
"Formula-1"-in keçmiş baş promouteri Berni Ekklstoun Portuqaliyanın Kaşkayş şəhərinin hava limanında silah daşıdığına görə saxlanılıb. Oxuməni.az xəbər verir ki, bu barədə "Correio de Manha" məlumat yayıb.
Qeyd olunur ki, 95 yaşlı Ekklstoun şəxsi təyyarəsi ilə hava limanına gəldikdən sonra nəzarətə götürülüb. Böyük Britaniya vətəndaşı olan Ekklstounun üzərində odlu silah aşkar edilib və o, hava limanının təhlükəsizlik şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun məhkəmə qarşısına çıxarılıb-çıxarılmayacağı hələlik məlum deyil.
"Formula-1"-in keçmiş baş promouteri təxmini dəyəri 40 milyon avro olan "Dassault Falcon 7X" təyyarəsinin sahibidir. Onun Portuqaliyada daşınmaz əmlakı var.
Xatırladaq ki, 2022-ci ildə Ekklstounun Braziliyanın Kampinas şəhərinin (San-Paulu ştatı) hava limanında baqajında tapılan tapançaya görə saxlanıldığı bildirilmişdi.
Almaz Həsənli




















































































