Rusiyanın Krasnodar diyarındakı Novorossiyskə dronlar hücum edib, güclü yanğın başlayıb

Rusiyanın Krasnodar diyarındakı Novorossiyskə dronlar hücum edib, güclü yanğın başlayıb

10:01
Bəyəndim (0) Bəyənmədim (0)


9 sentyabr gecəsi Rusiyanın Krasnodar diyarındakı Novorossiyskə dronlar hücum edib - şəhərdə liman infrastrukturunun yaxınlığında böyük yanğın baş verib. Oxuməni.az xəbər verir ki, bu barədə Astra və Dnipro Osint məlumat məlumat yayıb.

9 sentyabr gecəsi Novorossiyskdə hava hücumu siqnalı səslənib - şahidlər şəhərdə böyük yanğın və bir sıra partlayışları videoya çəkiblər. Liman infrastrukturunun yaxınlığında yanğın baş verib. Dnepr Osint monitorinq kanalının məlumatına görə, Ukrayna müdafiə qüvvələri liman obyektlərinə hücum edərək ən azı bir yanacaqdoldurma məntəqəsinə zərbə endirib. Yerli hava hücumundan müdafiə qüvvələri pilotsuz təyyarənin hücumunu dəf etməyə çalışıb. Novorossiysk meri Andrey Kravçenko pilotsuz təyyarənin hücumunun dəf edildiyini təsdiqləyib. Zərər və ya itki barədə rəsmi məlumat yoxdur.

Xatırladaq ki, pilotsuz təyyarələrin hücumları səbəbindən aparıcı konteyner daşıyıcısı MSC, Rusiyanın əsas liman mərkəzi ilə işləməkdən imtina edərək Novorossiysk limanında sifarişləri dayandırıb. Bundan əlavə, dronlar artıq Novorossiysk və Tuapse yaxınlığında ən azı beş taxıl gəmisinə hücum edib. Bu, Ukraynanın Rusiyanın Qara dəniz logistikasına hücumlarının artması ilə bağlıdır.

Əziz MUSTAFA