Qızıl və gümüş bahalaşıb
Çərşənbə günü Asiya ticarəti zamanı qızıl fyuçerslərinin qiyməti artıb.
Oxuməni.az-ın birja məlumatlarına istinadən verdiyi xəbərə görə, Nyu-York Əmtəə Birjasının (COMEX) bölməsində dekabr ayı üçün qızıl fyuçersləri bir troy unsiyası (31,1 qram) üçün 0,20% artaraq 4 430,19 dollar qiymətinə ticarət olunur.
COMEX-də ticarət olunan digər əmtəələrə gəldikdə, dekabr ayı üçün gümüş fyuçersləri 0,04% artaraq bir troy unsiyası üçün 67,03 dollar səviyyəsinə çatıb, dekabr ayı üçün mis fyuçersləri isə 0,17% azalaraq bir funt üçün 6,76 dollar səviyyəsinə enib.
Almaz Həsənli
Digər xəbərlər




















































































