İsveç və Polşadan 27 Özbəkistan vətəndaşı immiqrasiya qaydalarını pozduqlarına görə geri qaytarılıb
İmmiqrasiya qanunlarını pozan 27 Özbəkistan vətəndaşı İsveç və Polşadan Özbəkistana qaytarılıb. Onlar çarter reysi ilə Daşkəndə gəliblər.
Oxuməni.az xəbər verir ki, bu barədə Dünya Xəbər Agentliyinin məlumatında deyilir. Qeyd edilir ki, 9 sentyabrda İsveç və Polşa immiqrasiya qanunlarını pozan 27 Özbəkistan vətəndaşı çarter reysi ilə Daşkəndə qaytarılıb.
Uçuş Özbəkistan, İsveç və Polşanın səlahiyyətli orqanları arasında koordinasiya yolu ilə təşkil edilib.
Daşkəndə çatdıqdan sonra sərnişinləri Xarici İşlər Nazirliyinin və digər müvafiq qurumların nümayəndələri qarşılayıblar.
May ayında İsveç immiqrasiya qanunlarını pozduqlarına görə 20 Özbəkistan vətəndaşını deportasiya edib. İyul ayında isə qanunsuz miqrasiya təşkil etdiyinə görə bir Özbəkistan vətəndaşı Polşadan qovulub.
Əziz MUSTAFA




















































































