Bakı ilə Qroznı arasında birbaşa uçuşlar oktyabrda bərpa olunacaq

Bakı ilə Qroznı arasında birbaşa uçuşlar oktyabrda bərpa olunacaq

10:25
Bəyəndim (1) Bəyənmədim (0)

Qroznıdan Bakıya müntəzəm birbaşa uçuşlar oktyabrın 27-dən etibarən bərpa olunacaq. Uçuşlar həftədə üç dəfə həyata keçiriləcək. Oxuməni. az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə A.A. Kadırov adına Qroznı Beynəlxalq Aeroportunun məlumatında bildirilib.

“2026-cı il oktyabrın 27-dən Qroznıdan Bakıya müntəzəm birbaşa reyslər bərpa olunur. Uçuşları Utair aviaşirkəti Boeing 737-800 təyyarələri ilə həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və şənbə günləri həyata keçirəcək”, – məlumatda deyilir.

Aeroportda qeyd ediblər ki, bu istiqamətin bərpası uçuş coğrafiyasının genişləndirilməsi və regionun nəqliyyat əlçatanlığının artırılması üzrə işlərin bir hissəsidir.

Qroznıdan uçuş Bakı vaxtı ilə saat 17:40-a planlaşdırılıb.

Almaz Həsənli