Ağ Ev İranla müharibənin 2029-cu ilə qədər davam edə biləcəyini istisna etmir
Ağ Evin yüksək vəzifəli müşavirləri qapalı müzakirələr zamanı ABŞ prezidenti Donald Trampı İranla uzunmüddətli müharibənin baş verə biləcəyi barədə xəbərdar ediblər. Belə bir münaqişənin onun prezidentlik müddətinin sonuna — 2029-cu ilin yanvarına qədər davam edə biləcəyi bildirilir. Oxuməni.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ-ın vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və digər yüksək vəzifəli məmurlar Donald Trampa xəbərdarlıq ediblər ki, Tehran ABŞ-ın təzyiqinə və dəniz blokadasına uzun müddət müqavimət göstərə bilər. Müşavirlər uzunmüddətli münaqişənin ABŞ-ın hərbi resurslarını tükədə biləcəyindən və 2028-ci il prezident seçkiləri ərəfəsində dünya neft bazarında uzunmüddətli fasilələrə səbəb ola biləcəyindən narahatdırlar.
ABŞ payızda Yaxın Şərqə dəniz piyadalarının üçüncü ekspedisiya batalyonunu göndərməyi planlaşdırır. Pentaqon həmçinin bəzi bölmələrin regionda yerləşdirilmə müddətini 2027-ci ilə qədər uzadıb, hava hücumundan müdafiə qüvvələrinin mövcudluğunu isə qeyri-müəyyən müddətə saxlamaq niyyətindədir.
Bununla yanaşı, Tramp bildirib ki, İranla müharibə noyabrda Konqresə keçiriləcək aralıq seçkilərdən dərhal sonra başa çatacaq. Onun sözlərinə görə, Tehran müqavimətini bundan daha uzun müddət davam etdirə bilməyəcək.
Almaz Həsənli




















































































