Dron hücumundan sonra Rusiyada neft emalı zavodu və Ozon anbarı yanır

Dron hücumundan sonra Rusiyada neft emalı zavodu və Ozon anbarı yanır

07:56
Bəyəndim (0) Bəyənmədim (0)


Dronlar yenidən Saratov Neft Emalı Zavoduna hücum edərək Ozon logistika anbarına zərbə endirib. Şəhərdə eyni vaxtda iki böyük yanğın baş verir.
11 sentyabr cümə gecəsi dronlar Saratov Neft Emalı Zavoduna və Ozon anbarına hücum edib. Oxuməni.az xəbər verir ki, bu barədə ASTRA kanalı və OSINT məlumat yayıb.
Bakı vaxti ilə saat 3:00 radələrində Saratov vilayətinin qubernator Roman Busargin bölgədə dron təhlükəsi barədə məlumat verib. Drom hücumundan sonra Saratov Neft Emalı Zavodunda böyük yanğın başlayıb. Bu, neft emalı zavoduna artıq ən azı 16-cı hücumdur. Zərbələrdən sonra erli sakinlər neft emalı zavodundakı yanğının görüntülərini paylaşırlar.

Saratov neft emalı zavodundan əlavə, dronlar Ozon qatarına da hücum edib. Orada da yanğın baş verib. Saratov Neft Emalı Zavodu (PAO Saratov Neft Emalı Zavodu) Rusiya neft emalı sənayesinin ən qədim müəssisələrindən biridir, 1934-cü ildə təsis edilib və 2013-cü ildən bəri Rosneft-in bir hissəsidir. Xatırladaq ki, 8 sentyabr gecəsi də dronlar Rosneft-in Saratov Neft Emalı Zavoduna hücum edib.

Həmçinin bildirilib ki, 6 sentyabrda baş verən dron hücumundan sonra Rosneft-in Ryazan Neft Emalı Zavodu fəaliyyətini tamamilə dayandırıb.

Əziz MUSTAFA