Tramp İranla müharibənin bitəcəyi vaxtı açıqlayıb

Tramp İranla müharibənin bitəcəyi vaxtı açıqlayıb

11:21
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp İranla müharibənin noyabrda keçiriləcək Konqresə aralıq seçkilərə qədər bitə biləcəyini bəyan edib. Oxuməni.az xəbər verir ki, o, bu barədə "NewsStation"a müsahibəsində bildirib.

"Onların tab gətirib-gətirməyəcəyini bilmirəm", - deyə cənab Tramp İrana qarşı iqtisadi təzyiqləri şərh edərkən bildirib. - "Lakin vəziyyət seçkilərdən sonra həll olunacaq. Bəlkə də daha tez. Amma seçkilərdən dərhal sonra həllini tapacaq".

Sentyabrın 10-da Donald Tramp İranla silahlı münaqişənin noyabrın 3-də keçiriləcək Konqres seçkilərindən sonra bitəcəyini bəyan etmişdi. Onun sözlərinə görə, Tehran seçkilərin gedişatına "təsir göstərməyə can atır".

Bununla belə, "The Wall Street Journal"ın mənbələrinə görə, Ağ Evin yüksək vəzifəli müşavirləri özəl söhbətlərdə İranla müharibənin cənab Trampın prezidentlik müddətinin sonuna — 2029-cu ilin yanvarına qədər uzana biləcəyi məsələsini qaldırıblar.

Almaz Həsənli