Bu gün Şotlandiya, Uels və Şimali İrlandiya müstəqillik haqqında sammit keçirəcəklər

Bu gün Şotlandiya, Uels və Şimali İrlandiya müstəqillik haqqında sammit keçirəcəklər

09:45
Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün Şotlandiya, Uels və Şimali İrlandiya müstəqillik haqqında sammit keçirəcəklər.
ABŞ prezidenti Donald Trampın vahid İrlandiyanı görmək "istədiyini" bildirməsindən dərhal sonra Şotlandiya, Uels və Şimali İrlandiya arasında müstəqillik haqqında sammit keçiirlməsi barədə razılıq əldə edilib.
Oxuməni.az xəbər verir ki, bu barədə The Telegraf-ın məlumatında deyilir. Qeyd edilir ki, Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bazar ertəsi günü Birləşmiş Krallığın dağılmasına başlamaq məqsədi daşıyan sazişi imzalamaq üçün görüşəcəklər. Üç baş nazir Uelsin Kardiff şəhərində keçirilən "misli görünməmiş" sammitdə müstəqillik referendumları keçirmək hüququnu tələb edən birgə bəyannamə imzalayacaq.

Media orqanları görüşün Britaniya Baş naziri Endi Bernemin millət vəkillərinə "aydın konsensus" olarsa, başqa bir Şotlandiya referendumunun keçirilməsinə icazə verməsindən sonra baş tutduğunu qeyd edib. Leyboristlərin Uelsdəki may seçkilərində məğlubiyyəti müstəqillik tərəfdarı partiyaların ilk dəfə olaraq hər üç müstəqil ölkədə hakimiyyətdə olması deməkdir.

Sammitin keçirilməsinə zərurət ABŞ prezidenti Donald Trampın vahid İrlandiya görmək "istədiyini" bildirməsindən sonra gündəmə gəlib. Şənbə günü Dublinə səfəri zamanı Amerika lideri Şimali İrlandiyanın Respublikaya qoşulmasının "gözəl bir şey" olacağını qeyd etdi. Şotlandiya, Uels və Şimali İrlandiya üçün müstəqillik referendumlarının keçirilməsi məsələsi mərkəzi hökumətlə mübahisəli olaraq qalır.

Britaniya konstitusiya sistemi parlament suverenliyi prinsipini qoruyur və Şotlandiya, Uels və Şimali İrlandiyanın səlahiyyətləri Vestminster qanunvericiliyi ilə müəyyən edilir. Şotlandiyanın müstəqilliyi məsələsi 2014-cü ilin sentyabrında milli referenduma çıxarılıb. Seçicilərin əlli beş faizi Birləşmiş Krallığın tərkibində qalmağa səs verib, 45 faizi isə müstəqilliyi dəstəkləyib.

Əziz MUSTAFA