"The Wall Street Journal": Rusiya silah istehsalında Ukrayna və ABŞ-ı geridə qoyub

"The Wall Street Journal": Rusiya silah istehsalında Ukrayna və ABŞ-ı geridə qoyub

12:02
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya silah istehsalında Ukrayna və ABŞ-ı geridə qoyub. Oxuməni.az-ın yaydığı məlumata görə, bu barədə "The Wall Street Journal"da gedən yazıda deyilir. Nəşrə görə, Rusiya müasir, yüksək dəqiqlikli və nisbətən ucuz silah istehsalında Ukrayna və ABŞ-dan irəlidədir.

Məqalədə qeyd olunur ki, Rusiya yeni nəsil silahlara, xüsusən də "Banderol" kiçik ölçülü qanadlı raketlərə və "Geran" pilotsuz uçuş aparatlarına malikdir. Onlar dəqiq hədəf aşkarlamağa imkan verən və onları ələ keçirməyi çətinləşdirən müasir elektronika ilə təchiz olunub.

Nəşr vurğulayır ki, yeni və nisbətən ucuz silahların istehsalı Rusiya ordusunun uyğunlaşma və innovasiya qabiliyyətini nümayiş etdirir. WSJ-yə görə, Ukraynada istehsal resursları və uzunmüddətli planlaşdırma qabiliyyəti yoxdur. Eyni zamanda, ABŞ və onun NATO müttəfiqləri "Patriot" raket sistemi üçün zenit raketləri də daxil olmaqla, vacib silahların istehsalını artırmaqda çətinlik çəkirlər. Bundan əlavə, Qərb yeni texnologiyaların inkişafından seriyalı istehsalına keçiddə çətinliklərlə üzləşir.

Əziz MUSTAFA