Dron hücumundan sonra Yaroslavl bölgəsindəki neft emalı zavodu yanğına məruz qalıb

Dron hücumundan sonra Yaroslavl bölgəsindəki neft emalı zavodu yanğına məruz qalıb

12:02
Bəyəndim (1) Bəyənmədim (0)

Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində Yaroslavl bölgəsindəki neft emalı zavodunda yanğın başlayıb. Oxuməni.az xəbər verir ki, bu barədə Vilayət qubernatoru Mixail Evrayev Telegram kanalında bəyan edib. Onun sözlərinə görə, yanğınsöndürmə işləri davam edir.

Eyni zamanda hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulmuş dron qalıqları bir neçə yaşayış binasının şüşələrini sındırıb və avtomobillərə ziyan vurub. Evrayev vurğulayıb ki, əhali arasında itki yoxdur.

"Hazırda bölgəmizdə dron hücumu təhlükəsi yoxdur. "Pilotsuz uçuş aparatlarının təhlükəsi" siqnalının verilməsini gözləyin", - deyə qubernator yekunlaşdırıb.

Əvvəllər bildirilirdi ki, Ukrayna Silahlı Qüvvələrinin (UHQ) hücumu səbəbindən Yaroslavlda Moskva istiqamətində, Moskva prospekti ilə Cənub-Qərb Dairəvi Yolunun kəsişməsindən nəqliyyatın hərəkəti dayandırılıb. Artıq nəqliyyatın hərəkəti tam bərpa olunub.

Əziz MUSTAFA