Aİ Ukraynaya silah üçün əlavə 3,3 milyard avro verəcək

Aİ Ukraynaya silah üçün əlavə 3,3 milyard avro verəcək

08:04
Bəyəndim (0) Bəyənmədim (0)


Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı Ukraynaya raket və pilotsuz təyyarələrin alınması üçün əlavə 3,3 milyard avro ayıracaq, həmçinin birgə müdafiə layihələrinin yeni proqramını işə salmağa hazırlaşır. Oxuməni.az xəbər verir ki, o, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığından sonra bəyan edib. Onun sözlərinə görə, silahların alınması üçün vəsait Ukraynanın bank hesabına cümə günü, sentyabrın 18-də köçürüləcək.

Von der Leyen həmçinin SAFE mexanizmindən qalan vəsaiti Avropa İttifaqı ilə Ukrayna arasında birgə müdafiə layihələrinin yeni proqramını işə salmaq üçün istifadə etməyə hazır olduğunu açıqlayıb. O vurğulayıb ki, təşəbbüs Ukraynanın döyüş təcrübəsini Avropanın sənaye potensialı ilə birləşdirməlidir.

“Keçən həftə biz Ukraynaya Dəstək Kreditimizin bir hissəsi kimi "Patriot" sistemləri üçün Aİ-nin maliyyələşdirməsini təsdiqlədik, lakin daha çox ehtiyac olduğu aydındır. Biz birgə "Freya" anti-ballistik sistemimiz əsasında Avropanın hava və raketdən müdafiə sistemini inkişaf etdirmək üçün birlikdə işləmək istəyirik. Beləliklə, biz Ukraynanın döyüş təcrübəsini və innovasiyalarını Avropa texnologiyaları və sənaye gücü ilə birləşdirə bilək”,-deyə o qeyd edib.

Əziz MUSTAFA