Bundesverin başçısı Breuer almanları müdafiəyə hazırlaşmağa çağırıb
Almaniya sakinləri müdafiəyə hazırlaşmalıdırlar. Oxuməni.az xəbər verir ki, bunu Bundesverin başçısı Karsten Breuer Praqada müdafiə məsələlərinə həsr olunmuş konfrans zamanı deyib. Onun sözlərinə görə, müdafiə sənaye və vətəndaş cəmiyyətinin iştirakını tələb edir. Karsten Breuer bunun ordunun təkbaşına məğlub edə bilməyəcəyi hibrid təhdidlərdən qaynaqlandığını iddia edir.
"Sizsiz biz əsgərlər uğursuzluğa məhkumuq. Uğursuzluq bizim bildiyimiz kimi cəmiyyətlərimizin təhlükə altında qalması deməkdir", - Bundesverin başçısı bildirib.
Sentyabrın 16-da Bloomberg agentliyi yazıb ki, Almaniya Soyuq Müharibədən qalma yeraltı xəstəxanaları bərpa edir və NATO-nun Rusiya ilə münaqişəsi zamanı yaralıları qəbul etmək üçün mülki xəstəxanalar hazırlayır. Bundesverin hesablamalarına görə, hər gün 1000-ə qədər yaralı əsgər gələ bilər. Bunlar Almaniyanın Rusiya ilə müharibəyə hazırlaşmaq üçün gördüyü yeganə tədbirlərdən uzaqdır.
Əziz MUSTAFA




















































































