ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısının satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısının satışını təsdiqləyib

11:13
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 24,3 milyard dollar dəyərində 48 ədəd beşinci nəsil F-35 Lightning II qırıcısının və digər hərbi texnikanın satışına dair potensial müqaviləni təsdiqlədiyini açıqlayıb. Oxuməni.az-ın məlumatına görə, bu barədə qurumun yaydığı bəyanatda bildirilir.

Məlumata əsasən, müqaviləyə qırıcılardan əlavə, 49 ədəd "Pratt & Whitney F135-PW-100" mühərriki, habelə rabitə avadanlıqları, ehtiyat hissələri və digər müvafiq vasitələrin tədarükü də daxildir.

Dövlət Departamentindən qeyd edilib: "Bu planlaşdırılan müqavilə ABŞ-ın xarici siyasət məqsədlərinin və milli təhlükəsizlik vəzifələrinin həyata keçirilməsinə töhfə verəcək, həmçinin Fars körfəzi regionunda siyasi sabitliyin və iqtisadi tərəqqinin təmin edilməsində mühüm rol oynayan, NATO-ya üzv olmayan əsas müttəfiqimizin təhlükəsizliyini gücləndirəcək".

Qurumdan, həmçinin əlavə edilib ki, qırıcıların satışı "regiondakı hərbi balansı pozmayacaq".

Xatırladaq ki, 2025-ci ilin noyabrında ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına ABŞ-ın NATO-ya üzv olmayan əsas müttəfiqi statusunu verib.

Almaz Həsənli