İlkin nəticələrə görə,  Dövlət Duması seçkilərində Vahid Rusiya səslərin 57,48%-ni toplayıb

İlkin nəticələrə görə, Dövlət Duması seçkilərində Vahid Rusiya səslərin 57,48%-ni toplayıb

08:07
Bəyəndim (0) Bəyənmədim (0)

Mərkəzi Seçki Komissiyası Dövlət Duması seçkilərində səslərin 75%-ni hesablayıb. Bülletenlərin 75,31%-ni hesabladıqdan sonra Vahid Rusiya səslərin 57,48%-ni toplayıb. Oxuməni.az xəbər verir ki, bu barədə MSK-nın məlumatında deyilir.

Dövlət Dumasına qəbul edilən digər partiyalar Rusiya Federasiyası Kommunist Partiyası (14,03%), Rusiya Liberal Demokrat Partiyası (8,75%), Yeni Xalq (8,01%) və Ədalətli Rusiya (5,01%)-dir.

Seçkilərdə işirak edən daha beş partiya Dövlət Dumasına daxil olmaq üçün tələb olunan 5% həddini keçə bilməyib. Pensiyaçılar Partiyası 2,18%, Yaşıllar 1,12%, Rusiya Kommunistləri 0,88%, Rodina 0,73% və Birbaşa Demokratiya Partiyası 0,33% səs toplayıb.

Təkmandatlı seçki dairələrində ilkin məlumatlar Vahid Rusiya namizədlərinin 225 yerdən 208-ni qazandığını göstərir. Federal siyahıdakı hazırkı nəticələr nəzərə alınmaqla, partiya parlamentin aşağı palatasında konstitusiya çoxluğunu qoruyaraq təxminən 330 yerə iddia edə bilər.
Əziz MUSTAFA