Müdafiə Qüvvələri Donetsk vilayətində Kasta Radarını məhv edib
Ukrayna Müdafiə Qüvvələrinin bölmələri rus işğalçılarına məxsus bir sıra vacib hərbi hədəfləri vurdu. Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 21 sentyabr bazar ertəsi günü bəyan edib.
Qeyd edilir ki, Donetsk vilayətinin Pikuzi kəndi yaxınlığında Kasta radarına zərbə endirilib. Bu, təyyarələri, raketləri və PUA-ları aşağı hündürlükdə aşkar etmək üçün mobil radardır. Onun mənzili 150 km-ə qədərdir. Təxmini dəyəri 60 milyon dollardır.
Bundan əlavə Donetsk vilayətindəki Dneproenergiya yaxınlığında Rusiya PUA-larının idarəetmə mərkəzinə zərbə endirilib. Belqorod vilayətindəki Starıy Xutor yaxınlığında Rusiya ordusunun canlı qüvvəsinin cəmləşdiyi məntəqəyə zərbə endirilib.
Xatırladaq ki, 21 sentyabr səhəri Rusiyanın Başqırdıstandakı Ufa şəhərinə dronlar hücum edib. İlkin məlumata görə, hədəf Başneft Qrupunun neft emalı zavodlarından biri olub.
20 sentyabr gecəsi isə Moskva və ətraf bölgə kütləvi dron hücumuna məruz qalıb. Hədəflərdən biri Kremldən təxminən 15 km məsafədə yerləşən Kapotnyadakı Moskva Neft Emalı Zavodu olub.
Əziz MUSTAFA




















































































