Aİ Rusiyaya qarşı sanksiyaları üç il müddətinə uzatmaq qərarına gəlib

Aİ Rusiyaya qarşı sanksiyaları üç il müddətinə uzatmaq qərarına gəlib

08:17
Bəyəndim (0) Bəyənmədim (0)

Aİ üzv dövlətlərinin daimi nümayəndələri Rusiya və Belarus fiziki və hüquqi şəxslərinə qarşı sanksiyaları üç il müddətinə uzatmaq barədə razılığa gəliblər. Oxuməni.az xəbər verir ki, bu barədə Çexiya Televiziyası diplomatik mənbələrə istinadən bəyan edib..

Qeyd olunur ki, qərar Aİ daxilində sanksiya siyahısındakı fərdi şəxslərlə bağlı fikir ayrılıqlarını həll etməyə yönəlmiş bir kompromis idi. Əvvəllər Aİ-nin fərdi sanksiyaları adətən altı və ya 12 ay müddətinə uzadılırdı. Yeni üç illik müddət məhdudiyyətlərin növbəti uzadılması zamanı yaranan mübahisələrin riskini azaltmaq üçün nəzərdə tutulub.

Əldə edilən razılaşmanın bir hissəsi olaraq, rusiyalı iş adamları Əlişir Usmanov və Mixail Fridman sanksiya siyahısından çıxarılıblar.

14 sentyabrda mediada Avropa səfirlərinin Rusiyaya qarşı sanksiyaların, xüsusən də Aİ-nin Rusiya fiziki və hüquqi şəxslərinin "qara siyahısı"nın hər altı aydan bir yenilənməli olduğu barədə razılığa gələ bilmədikləri bildirilib.

Mediada yayılan məlumatlara görə, Fransa və Slovakiya rusiyalı iş adamı Əlişir Usmanovun siyahıdan çıxarılmasını təklif etsələr də, digər 25 ölkə bununla razılaşmadı.

15 sentyabrda Avropa diplomatiyasının rəhbəri Kaja Kallas təsdiqlədi ki, AB Rusiyaya qarşı 22-ci sanksiya paketində ruslar üçün viza verilməsini sərtləşdirməyi, döyüş veteranları üçün vizaları qadağan etməyi və diplomatların səyahətinə nəzarəti gücləndirməyi planlaşdırır. Mediada yayılan məlumatlara görə, paketə 1600 maddə daxil olacaq.

Əziz Mustafa