Rusiyada yeni koronavirusa yoluxma halları  sürətlə artır

Rusiyada yeni koronavirusa yoluxma halları sürətlə artır

16 Oktyabr 2020 14:51
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada koronavirus epidemiyası sürətlə yayılmaqdadır

Oxuməni.az lenta.ru-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov mətbuata açıqlamasında deyib.

Bununla yanaşı, o qeyd edib ki, xəstələnmə ilə bağlı vəziyyət nəzarət altındadır.

"Bütün insanlarımızın koronavirusla bağlı elan edilən karantindən irəli gələn qadağalara əməl etməsi üçün sərt tədbirlər həyata keçiririk", -deyə Peskov bildirib.

Qeyd edək ki, pandemiyanın başlanmasından bəri Rusiyada ilk dəfə koronavirusa yoluxma halı dünən 15 min nəfərdən çox olub. Belə ki, dünən Rusiya ərazisində 15 150 yeni yoluxma hadisəsi aşkar edilib.

Pandemiyanın başlanğıcından bəri Rusiyada 1 369 313 nəfər koronavirus yoluxmuşdur. Onlardan 1 056 582-si sağalıb, 23 723-ü isə dünyasını dəyişib.

Oxuməni.az