Avropa Azərbaycandan Ukrayna ərazisindən qaz tranziti ilə bağlı razılaşmaya yaxındır
Macarıstan və Slovakiya Rusiya ilə Ukrayna arasında tranzit sazişi başa çatdıqdan sonra Avropaya təbii qaz tədarükü ilə bağlı Azərbaycanla razılaşmaya yaxınlaşır.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Macarıstan və Slovakiya şirkətləri Azərbaycandan ildə 12-14 milyard kubmetr qaz tədarükü ilə bağlı müqavilə imzalamağa yaxındırlar.
Kommersiya sazişinə əsasən, Azərbaycanın dövlət enerji şirkəti “SOCAR” Rusiya-Ukrayna sərhədindəki Sudjaya qaz tədarük edəcək. Macar “MVM Zrt.” və Slovakiyanın “Slovensky Plynarensky Priemysel AS” Avropaya qaz nəqlini davam etdirəcək.
Bu məqsədlə Rusiya qazının indi Ukrayna ərazisindən keçərək Avropa İttifaqına axdığı həmin qaz kəməri şəbəkəsindən istifadə edilməsi planlaşdırılır.
Bu tədarük faktiki olaraq Avropanın cari tranzit sazişi çərçivəsində aldığı həcmləri əvəz edəcək. Müqavilə Azərbaycan və Rusiya arasında svop sazişi adlandırılmasını tələb edəcək, çünki Azərbaycanın mövcud tədarük həcmini tamamilə əvəz etmək üçün kifayət qədər ixrac imkanları yoxdur.
Ukrayna tranzit ödənişlərini (illik təxminən 800 milyon dollar) almaqda davam edə biləcək, Azərbaycan isə Avropa ilə enerji əlaqələrini gücləndirəcək.
Razılaşmanın həyata keçirilməsi üçün Ukrayna hakimiyyətinin siyasi dəstəyi lazımdır.
Kreml Kiyevin Rusiya Federasiyası ilə tranzit sazişindən imtina etdiyini xatırladaraq, Ukraynanın qaz nəqli sistemi vasitəsilə qazın ixracına dair Avropa şirkətləri ilə Azərbaycan arasında mümkün sövdələşmə ətrafında vəziyyətin inkişafını proqnozlaşdırmaqdan imtina edib.
Almaz Həsənli