Erməni konyakı artıq konyak adlandırılmayacaq
Erməni konyakı tezliklə yeni brend – “Armenian brandy” adı ilə satılmağa başlayacaq, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib. Onun sözlərini TASS sitat gətirir.
Artıq ölkə spirtli içkinin markasının dəyişdirilməsi ilə bağlı Avropa İttifaqının müvafiq qurumlarını məlumatlandırıb. Bundan başqa, tərəflər “Armenian brandy” nin təbliği proqramını təsdiqləyiblər. Kampaniya noyabrın ikinci yarısında başlanmalıdır.
Ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan erməni konyakını adlandırmağı dayandırmağa çağırıb, çünki “konyak Fransanın qeyri-maddi dəyəridir”. Bunun əvəzində Paşinyan yerli istehsalçıların məhsullarını hətta ailələrdə belə brendi sözü adlandırmağı təklif edib.
Konyak adlı spirtli içki öz adını Fransanın Cognac şəhərinin şərəfinə almışdır. Avropa standartlarına görə, istehsal Fransadan kənarda baş verirsə, o zaman içkini konyak adlandırmaq olmaz.
Almaz Həsənli