Azərbaycanın Gürcüstanın qaz bazarındakı payı 2009-cu ildən bəri ən aşağı səviyyəyə düşüb

Azərbaycanın Gürcüstanın qaz bazarındakı payı 2009-cu ildən bəri ən aşağı səviyyəyə düşüb

6 Noyabr 14:56
Bəyəndim (1) Bəyənmədim (0)

Gürcüstanın əsas qaz tədarükçüləri - Rusiya və Azərbaycanın ölkənin ümumi qaz təchizatında payları dəyişib, Gürcüstan Milli Statistika Xidmətinin hesabatında deyilir.

Belə ki, 2024-cü ilin yanvar-sentyabr aylarının nəticələrinə əsasən, Gürcüstan Rusiyadan təbii qaz idxalını dəyər ifadəsində 6,5% - 90,09 milyon dollara yüksəldib. Beləliklə, Gürcüstanın ümumi qaz idxalında Rusiyanın payı 2023-ci ilin yanvar-sentyabr aylarında 27,7%-dən 36%-ə və 2022-ci ilin yanvar-sentyabr aylarında isə 12,2%-ə yüksəldi.

Məlumata görə, doqquz ayın sonunda Gürcüstana təbii qaz idxalı ilə bağlı dərc olunmuş statistik məlumatların bütün dövrü ərzində - 2009-cu ildən bəri Rusiyadan tədarüklərin payı maksimuma çatıb.

Hesabatda bildirilir ki, Gürcüstanın əsas qaz tədarükçüsü olan Azərbaycanın payı bu ilin üç rübündə ötən ilin müvafiq dövründəki 72,3%-dən və 2022-ci ilin yanvar-sentyabr aylarında isə 87,8%-dən 64%-ə düşüb. Bu ilin doqquz ayının yekunlarına əsasən, Azərbaycan Gürcüstan bazarına 1,7 milyard kubmetr qaz verib.

Gürcüstan Statistika Xidmətinin məlumatına görə, bu ilin 9 ayı ərzində ölkəyə idxal olunan təbii qazın dəyəri 18,2% azalaraq 250,33 milyon dollar təşkil edib.