“Bitcoin” bütün zamanların ən yüksək səviyyəsinə çatdı

“Bitcoin” bütün zamanların ən yüksək səviyyəsinə çatdı

12 Noyabr 16:04
Bəyəndim (2) Bəyənmədim (0)


“Reuters” yazır ki, Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra davam edən eyforiya fonunda “Bitcoin” çərşənbə axşamı, noyabrın 12-də 90.000 dollar səviyyəsinə yaxın dayanıb.
Bazar iştirakçıları yeni administrasiyanın kriptovalyutalara qarşı dost münasibətinə mərc etməyə davam edirlər. Bahalaşma zamanı kriptovalyuta bazarının kapitallaşması gümüşü üstələyib.
Pik zamanı dünyanın ən böyük kriptovalyutası 89 528 dollara çatdı, bundan sonra bir qədər gerilədi. Çərşənbə axşamı günü “Bitcoin” 5 Noyabr Seçki Günündən bəri 30%-dən çox bahalaşıb.
Sidneydəki “ATFX Global” şirkətinin baş bazar analitiki Nik Tvideyl, "Aydındır ki, (bu) Trampın sənayeni çox dəstəklədiyi üçün açıq bir razılaşmadır və bu, kripto aktivlərinə daha çox tələbat deməkdir"- vurğulayıb.
"Bitcoin, çərşənbə günü səhər, Trampın seçkilərdə qalib gəldiyi rəsmən elan edilən bütün zamanların ən yüksək həddini aşdıqdan sonra indi partlama rejimindədir,"- “H.C.Wainwright”-nin analitiki Mayk Koloneze deyib. "Güclü müsbət əhval-ruhiyyə 2024-cü ilin sonuna qədər davam edəcək və [biz] Bitcoin qiymətlərinin bu ilin sonuna qədər potensial olaraq 100.000 dollara çata biləcəyini görürük."
Almaz Həsənli