Bu ilin 10 ayında miqrantlar Özbəkistana 12,6 milyard dollar köçürüblər

Bu ilin 10 ayında miqrantlar Özbəkistana 12,6 milyard dollar köçürüblər

2 Dekabr 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin yanvar-oktyabr aylarında Özbəkistana xaricdən 12,6 milyard dollar köçürüblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34% çoxdur.

Mərkəzi Bank öz hesabatında qeyd edib ki, Rusiyadan 9,8 milyard göndərilib ki, bu da ümumi köçürmələrin 78%-ni təşkil edir. Ötən illə müqayisədə bu rəqəm 35% artıb.

Özbəkistanın Miqrasiya Agentliyinin məlumatına görə, 2024-cü ilin əvvəlindən mütəşəkkil xarici əmək miqrasiyası qaydasına və normalarına riayət olunmaqla, əsasən inkişaf etmiş ölkələrə xaricə işləmək üçün rəsmən göndərilən vətəndaşların sayı 113 min nəfəri ötüb. Bu, ötən illə müqayisədə 3,6 dəfə çoxdur.

Görülən tədbirlər Özbəkistana xaricdən gələn beynəlxalq pul köçürmələrinin həcmində də özünü göstərir. O cümlədən, 2024-cü ilin yanvar-oktyabr aylarında ABŞ-dan daxil olan pul köçürmələrinin həcmi 37%, Cənubi Koreyadan 71%, Böyük Britaniyadan 76%, Avropa İttifaqı (Aİ) ölkələrindən 41% artıb.

Oxuməni.az