Azərbaycan tütün istehsalını xeyli artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 4034 ton tütün istehsal olunub. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə tütün istehsalı 2647 ton və ya 2,9 dəfə artıb.
Ötən ilin yanvar-oktyabr ayları ərzində 1387 ton tütün istehsal olunub. Noyabrın 1-nə hazır məhsul ehtiyatları 808,5 ton təşkil edib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazır məhsul ehtiyatları 219,6 ton, yəni 1,4 dəfədən çox artmışdır. Ötən ilin müvafiq dövründə hazır məhsul ehtiyatları 588,9 ton təşkil edib.
Almaz Həsənli
Digər xəbərlər