Socar Gas Georgia Gürcüstanın regionlarında 41 qaz kəməri alacaq
Azərbaycanın "Socar Gas Georgia" şirkəti Gürcüstanın regionlarında qaz kəmərlərini alacaq.
Gürcüstan hökuməti ölkənin qərbində yerləşən ərazilərdə qaz kəmərlərinin şirkətə birbaşa satışını 19,8 milyon lariyə (təx.12 milyon manat-red.) təsdiqləyib. “JAMnews” yazır ki, müvafiq sərəncamı baş nazir İrakli Kobaxidze imzalayıb.
Söhbət İmereti, Quriya və Sameqrelo - Zemo Svaneti rayonlarının kəndlərində 41 qaz kəmərinin özəlləşdirilməsindən gedir. Proses 17 il üçün nəzərdə tutulub və dövlətə ödənişlər 2032-ci ildə başlayacaq. Şirkət 10 il ərzində hər il təxminən 2 milyon lari (təx.1.21 milyon manat-red.) ödəyəcək.
Almaz Həsənli
Digər xəbərlər