“De Beers” milyardlarla dollarlıq almaz ehtiyatını sata bilmir

“De Beers” milyardlarla dollarlıq almaz ehtiyatını sata bilmir

26 Dekabr 12:43
Bəyəndim (1) Bəyənmədim (0)

Dünyanın ən böyük almaz hasilatı şirkəti “De Beers Group”, tələbatın azalması fonunda, 2008-ci ilin maliyyə böhranından bəri təxminən 2 milyard dollar dəyərində ən böyük qiymətli daşlar ehtiyatını toplayıb, “Financial Times” xəbər verir.
“De Beers”-in baş direktoru El Kuk, "Kobud (lazımınca işlənməmiş) almaz satışı üçün pis bir il oldu," - deyib.
Koronavirus pandemiyası zamanı tələbatın azalması şirkəti qiymətli daşların istehsalını təxminən 20% azaltmağa və qiymətlərini aşağı salmağa məcbur etdi. Satışların azalmasına həmçinin Çində şirkətin məhsullarına tələbatın azalması və laboratoriyada yetişdirilən almazlarla rəqabətin artması təsir edib.
2023-cü ildə “De Beers” artıq hasilatı əvvəlki illə müqayisədə 8% azaldaraq 31,9 milyon karata çatdırıb.
“De Beers”-in baş direktoru El Kuk ümid etdiyini bildirib ki, qlobal almaz bazarı 2025-ci ildə tədricən bərpa oluna bilər.

Almaz Həsənli