Slovakiya Azərbaycan ilə Ukrayna üzərindən qaz nəqlini müzakirə edir
“Qazprom” və “Naftaqaz” arasında Rusiya qazının Ukrayna ərazisindən keçməklə Aİ-yə tranzitinə dair müqavilənin müddətinin yaxınlaşması fonunda Avropa ölkələri alış imkanlarını qorumaq üçün yollar axtarmağa davam edir, “Bloomberg” yazır.
Jurnalistlərin məlumatına görə, “Slovakiyanın Slovensky Plynarensky Priemysel” (SPP) şirkəti Azərbaycanın dövlət neft şirkəti SOCAR ilə danışıqlar aparır. Ehtimal olunur ki, Azərbaycan şirkəti lazımi həcmdə qazı “Qazprom”dan alıb, sonra avropalı alıcılara çatdıra bilər.
Macarıstanın baş naziri Viktor Orban da öz növbəsində Rusiya ilə Ukrayna arasındakı fiziki sərhədi Rusiya qazı üçün satış nöqtəsinə çevirməyi təklif edib ki, bu da qazın mülkiyyət hüququnu avropalı alıcılara ötürəcək və Ukraynanı AB ilə azad ticarət razılaşmasına uyğun olaraq tranzitlə təmin etməyə məcbur edəcək, bu barədə mənbələr “Bloomberg”-ə bildiriblər.
Ukrayna Rusiya qazının istənilən formada öz ərazisi ilə nəqlinə qarşıdır.
Oxuməni.az