Azərbaycan Avrasiya regionunda ən böyük investorlardan biridir

Azərbaycan Avrasiya regionunda ən böyük investorlardan biridir

6 Yanvar 16:14
Bəyəndim (1) Bəyənmədim (0)


Azərbaycandan olan sahibkarlar Avrasiya regionunda müxtəlif layihələrə fəal şəkildə sərmayə qoyurlar. İnvestisiya həcminə görə ölkə regionda Rusiyadan sonra ikinci olub.
Azərbaycan Avrasiya regionunun ən böyük investorları siyahısında Rusiyadan sonra ikinci yerə yüksəlib. Bu barədə Avrasiya İnkişaf Bankının (AİB) hesabatında deyilir.
“2024-cü ilin birinci yarısının sonunda Azərbaycanın qarşılıqlı birbaşa xarici investisiyalar (BXİ) ölkə ÜDM-nin 6,58%-ni təşkil etdiyi halda, Rusiyada bu rəqəm 4,15%-dir. Beləliklə, Azərbaycanda qarşılıqlı birbaşa xarici investisiyaların payı artmaqda davam edir , bu da onu investisiya fəaliyyətində əhəmiyyətli regional oyunçu edir” – AİB-nın hesabatı.
Qeyd olunur ki, respublika əvvəllər iri investorlar siyahısında dördüncü yeri tuturdu.
Azərbaycanda toplanmış xarici investisiyaların həcminin 3 milyard dolları ötdüyü bildirilir.
Mütəxəssislər qeyd ediblər ki, Azərbaycandan sərmayə qoyuluşu üçün ən populyar sahələr nəqliyyat və telekommunikasiya sahəsidir. Bu sahələrə ümumilikdə 1,5 milyard dollara yaxın sərmayə qoyulub.
Azərbaycandan olan sahibkarların anbar komplekslərinə yatırdıqları investisiyalar xüsusilə əhəmiyyətlidir. Buraya qoyulan investisiyaların həcmi 400 milyon dolları ötür ki, bu da respublikanı regionda sənaye lideri edir.
Otel biznesinə investisiyalar da qeyd olunur. Beləliklə, Azərbaycan şirkəti Qırğızıstanın İssık-Kul gölündə beşulduzlu otelin yaradılmasına 100 milyon dollardan çox sərmayə qoyacaq.
Almaz Həsənli