Gürcüstan Azərbaycandan alınan qazı azaldır, Rusiyadan isə artırır

Gürcüstan Azərbaycandan alınan qazı azaldır, Rusiyadan isə artırır

9 Yanvar 11:52
Bəyəndim (1) Bəyənmədim (0)


Gürcüstanın İqtisadiyyat Nazirliyi bu il Rusiyadan təbii qaz alışının həcmini iki dəfə artırmaq niyyətindədir. Bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb. Ölkə üzrə qaz istehlakının 2,8% artaraq 3,32 milyard kubmetr təşkil edəcəyi gözlənilir.
400 milyon kubmetrə yaxın qazın Rusiyadan, qalan hissəsinin isə Azərbaycandan alınması planlaşdırılır. Gürcüstanın “Sakstat” statistika xidmətinin məlumatına görə, 2024-cü ilin ilk on bir ayında Rusiya qazının idxalı dəyər ifadəsində 29% artıb.
Bu, eyni dövrdə Azərbaycandan qaz tədarükünün 22% azalması fonunda baş verir. Nazirlik nümayəndələri vurğulayırlar ki, enerji mənbələrinin şaxələndirilməsi Gürcüstanın enerji təhlükəsizliyinin mühüm aspekti olaraq qalır.
Almaz Həsənli