BMT Azərbaycanda inflyasiya proqnozunu aşağı salıb
BMT 2025-ci il üçün Azərbaycanda orta illik inflyasiyanı 3,6% səviyyəsində proqnozlaşdırır.
Oxuməni.az-ın xəbərinə görə, bu proqnoz təşkilatın dərc olunmuş “Dünya İqtisadi Vəziyyəti və Perspektivlər 2025” hesabatında yer alıb.
BMT-nin hesablamalarına görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 2023-cü ildəki 8,8%-dən 3,7%-ə enib. Təşkilat 2026-cı ildə ölkədə inflyasiyanın 3,1%-ə enəcəyini gözləyir.
Azərbaycan İqtisadiyyat Nazirliyi ölkədə orta illik inflyasiyanın 2024-cü ildə 2,7%, 2025-ci ildə 4,6%, 2026-cı ildə 4% səviyyəsində olacağını proqnozlaşdırır.
Oxuməni.az
Digər xəbərlər