2025-ci ildə dünyanın ən təhlükəsiz aviaşirkətlərinin adı açıqlanıb

2025-ci ildə dünyanın ən təhlükəsiz aviaşirkətlərinin adı açıqlanıb

17 Yanvar 14:29
Bəyəndim (2) Bəyənmədim (0)

Yeni Zelandiyanın milli aviadaşıyıcısı “Air New Zealand” 2024-cü ildə dünyanın ən təhlükəsiz hava yolu şirkəti seçilib.

Bu, uçuş təhlükəsizliyinə həsr olunmuş “AirlineRatings.com” saytının rəyidir. O, 385 aviaşirkətin monitorinqinin nəticələrinə əsasən, 2025-ci il üçün 25 ən təhlükəsiz tam xidmət göstərən aviaşirkətin və 25 ən təhlükəsiz aşağı büdcəli aviaşirkətin siyahısını tərtib edib.

Reytinqlər nəzərdən keçirən pilotlar və aviasiya ekspertləri ilə məsləhətləşmələrə əsaslanır və donanmanın yaşı, donanmanın ölçüsü, insidentlərin sayı, həlak olanlar, pilot bacarıqları və hazırlığı, beynəlxalq təhlükəsizlik yoxlamalarına uyğunluq kimi meyarları nəzərə alır.

Bu yaxınlarda aparılan aviasiya təhlükəsizliyi araşdırması müəyyən edib ki, 2018-2022-ci illər arasında hər uçuş üçün qlobal ölüm riski təxminən 13,7 milyonda bir olub. Müqayisə üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü ildə yol-nəqliyyat hadisələri nəticəsində 1,19 milyon nəfərin öldüyünü bildirib,bu dəqiqədə iki ölümdən çoxdur.

Üçüncü yeri üç aviaşirkət bölüşdü: “Cathay Pacific” (Honkonq), “Qatar Airways” (Qətər) və “Emirates” (BƏƏ).

“AirlineRatings.com”-un baş direktoru Şaron Petersen, "Üçüncü yer üçün üçtərəfli bərabərlik, sadəcə olaraq, aviaşirkətləri ayıra bilmədiyimiz üçün baş verdi. Donanma yaşından tutmuş pilot bacarıqlarına, təhlükəsizlik tədbirlərinə, donanmanın ölçüsünə və insident nisbətlərinə qədər onların xalları eyni idi".

2025-ci il üçün 25 ən təhlükəsiz tam xidmət göstərən aviaşirkətlər:

  1. Air New Zealand
  2. Qantas
  3. Cathay Pacific; Qatar Airways; Emirates
  4. Virgin Australia
  5. Etihad Airways
  6. ANA
  7. EVA Air
  8. Korean Air
  9. Alaska Airlines
  10. Turkish Airlines (THY)
  11. TAP Portugal
  12. Hawaiian Airlines
  13. American Airlines
  14. SAS
  15. British Airways
  16. Iberia
  17. Finnair
  18. Lufthansa/Swiss
  19. JAL
  20. Air Canada
  21. Delta Airlines
  22. Vietnam Airlines
  23. United Airlines

2025-ci ilin 25 ən təhlükəsiz aşağı büdcəli aviaşirkətin siyahısı

  1. Hong Kong Express
  2. Jetstar Group
  3. Ryanair
  4. easyJet
  5. Frontier Airlines
  6. AirAsia
  7. Wizz Air
  8. VietJet Air
  9. Southwest Airlines
  10. Volaris
  11. flydubai
  12. Norwegian
  13. Vueling
  14. Jet2
  15. Sun Country Airlines
  16. WestJet
  17. JetBlue Airways
  18. Air Arabia
  19. IndiGo
  20. Eurowings
  21. Allegiant Air
  22. Cebu Pacific
  23. ZipAir
  24. SKY Airline
  25. Air Baltic

Almaz Həsənli