Şokolad tezliklə bahalaşacaq

Şokolad tezliklə bahalaşacaq

27 Yanvar 15:26
Bəyəndim (2) Bəyənmədim (0)

İqlim dəyişikliyi nəticəsində iri kakao yetişdirən Qana və Kot-d'İvuar ölkələrində kakao paxlası məhsulu kəskin şəkildə azalıb. Kakaonun həddindən artıq qıtlığı qiymətlərin kəskin artmasına səbəb olub. 2024-cü ilin sonunda kakaonun qiyməti tarixi rekord həddə çatdı.

“Bloomberg” yazır ki, son 2 ildə 1 ton kakaonun qiyməti 5 dəfədən çox artaraq 2200 ABŞ dollarından 12000 ABŞ dollarına yüksəlib. Ekspertlərin hesablamalarına görə, yaxın 1 il ərzində şokoladın qiyməti 100 faizdən çox artacaq.

Avropa və Amerikanın iri qənnadı şirkətləri artıq öz şokoladının qiymətini 20 faizdən çox qaldırıblar və bu il də qiymət artımının olması mümkündür. Biznesin idarə oluna bilməsi üçün hər bir şirkət müxtəlif tədbirlər görür.

Bəziləri məhsulların tərkibindəki kakao miqdarını azaltmaq niyyətindədir, bəziləri isə etiraf ediblər ki, bəlkə kakao məhsullarının yerinə başqa inqrediyentlərdən istifadə edəcəklər və ya eyni qiymətə qalacaqlar, ancaq fərdi olaraq satılan şokoladın ölçüsünü azaldacaqlar.

Şokolad həvəskarlarını yeni çağırış gözləyir. İstehlakçı mümkün qədər ayıq olmalıdır, çünki bir çox vicdansız istehsalçılar kakao adı altında palma yağı və digər əvəzediciləri olan şokolad istehsal edəcəklər.

Almaz Həsənli