Türkiyə rekord miqdarda Rusiya nefti alıb

Türkiyə rekord miqdarda Rusiya nefti alıb

30 Yanvar 14:33
Bəyəndim (1) Bəyənmədim (0)

2024-cü ildə Türkiyə Rusiyadan rekord həcmdə neft alıb.

Ötən il Rusiyadan tədarük 36% artaraq sutkada 323 min barelə çatıb. 2022-ci ildə müəyyən edilmiş əvvəlki rekord sutkada 254 min barel idisə, 2023-cü ildə tədarük 6% azalaraq sutkada 237 min barel olub.

Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) Rusiya neftinin rekord idxalını təsdiqləyib. Keçən ilin 11 ayı ərzində satınalmaların həcmi 15,4 milyon ton təşkil edərək, 2022-ci ilin rekord göstəricisi olan 12 milyon tonu əhəmiyyətli dərəcədə üstələyib.

Ekspertlərin fikrincə, Rusiya tədarükünün artmasında əsas amil Türkiyə tərəfinin enerji qovşağına çevrilmək və endirimlə alınan enerji resurslarını yenidən satmaqla gəlir əldə etmək istəyidir.

Yanvarın 28-də Reuters agentliyi Çin və Hindistanın Rusiya neftinin alışını dayandırdığını bildirib.

Qeyd edək ki, daha əvvəl Tramp bildirib ki, neftin yüksək qiyməti Ukraynada münaqişəni dayandırmağı mümkünsüz edir.

Əziz Mustafa, Oxuməni.az