Donald Tramp Cənubi Afrikaya maliyyə yardımını dayandırır
Tramp administrasiyası Cənubi Afrikadakı ağ azlığın hüquqlarını müdafiə edib. Prezident Trump bir gecədə ABŞ-ın Cənubi Afrikadakı insan haqlarının pozulması və ağ azlığa aid torpaqların müsadirə edilməsi səbəbindən Cənubi Afrikaya bütün yardımlarını kəsəcəyini bildirib.
ABŞ Cənubi Afrikaya "çox pis" rəftar edilən "müəyyən kateqoriya insanları" araşdırmayana qədər bu ölkəyə yardımı dayandıracaq. Bu barədə bazar günü ABŞ prezidenti Donald Tramp bəyan edib.
“Cənubi Afrika torpaqları müsadirə edir və müəyyən kateqoriyalı insanlarla çox pis rəftar edirlər”, – Donald Tramp “Truth Sosial” şəbəkəsində yazıb.
"ABŞ buna dözməyəcək, biz hərəkətə keçəcəyik. Bundan əlavə, bu vəziyyətin tam araşdırılmasına qədər mən Cənubi Afrikaya maliyyəni dayandırıram!" – o bildirib.
“Reuters” xəbər verir ki, Pretoriya hökuməti 2023-cü ildə ABŞ-dan 440 milyon dollar alıb.
Donald Trampın mesajına nəyin səbəb olduğu aydın deyil.
Almaz Həsənli