“Honda”  “Nissana” törəmə şirkət olmasını təklif edir

“Honda”  “Nissana” törəmə şirkət olmasını təklif edir

4 Fevral 16:20
Bəyəndim (3) Bəyənmədim (0)

Yaponiyanın avtomobil nəhəngi “Honda Motor” eyni ölkədən başqa bir böyük istehsalçı olan “Nissan Motoru” törəmə müəssisəsi olmağa dəvət edib. Bu barədə Oxuməni.az “Kyodo” agentliyinə istinadən məlumat yayıb.

İlkin olaraq, ötən ilin dekabrında rəsmən təqdim edilən plan, birgə holdinq strukturunun yaradılması yolu ilə iki korporasiyanın birləşməsini nəzərdə tuturdu. Bununla belə, “Nissan”ın “Honda”nın təşəbbüsünə necə cavab verəcəyi hələlik məlum deyil.

Yerli analitiklər iki avtomobil istehsalçısının mümkün birləşməsini Çinli elektrik avtomobil istehsalçılarının artan rəqabətinə reaksiya kimi qiymətləndirirlər. Birləşmə baş verərsə, dünya bazarında Yaponiyanın “Toyota” və Almaniyanın “Volkswagen”-dən sonra üçüncü ən böyük avtomobil istehsalçısı meydana çıxacaq. Mütəxəssislərin fikrincə, belə bir addım sənaye liderləri - Amerikanın “Tesla” və Çinin “BYD” şirkətləri ilə uğurla rəqabət aparmaq üçün lazım olan investisiyaların cəlb edilməsinə kömək edə bilər.

Almaz Həsənli