Trans-Əfqan dəhlizinin inkişafı Qazaxıstan və Pakistan arasında müzakirə olunub

Trans-Əfqan dəhlizinin inkişafı Qazaxıstan və Pakistan arasında müzakirə olunub

20 Fevral 14:21
Bəyəndim (1) Bəyənmədim (0)

“KTZ Express” ASC-nin baş direktoru Damir Kojaxmetov Pakistan İslam Respublikasında işgüzar səfərdə olub və ölkənin ən iri nəqliyyat və logistika şirkətlərinin rəhbərliyi və Ticarət Nazirliyinin nümayəndələri ilə bir sıra görüşlər keçirib.

Danışıqların əsas mövzusu Trans-Əfqan Dəhlizinin inkişafı olub. Damir Kojaxmetov Milli Logistika Korporasiyası (NLC) və Tranzum Courier Service (TCS) nümayəndələri ilə terminal və liman infrastrukturundan istifadə etməklə yükdaşımaların optimallaşdırılması və logistik həllərin işlənib hazırlanması sahəsində əməkdaşlıq imkanlarını, Pakistanın Ticarət Nazirliyi ilə isə logistik proseslərin sadələşdirilməsi və Pakistan vasitəsilə marşrutun cəlbediciliyinin artırılmasına maneələrin aradan qaldırılması üzrə tədbirləri müzakirə edib.

Görüş zamanı liman ərazisində nəqliyyat infrastrukturuna xüsusi diqqət yetirilib, Kəraçi limanının terminal imkanları öyrənilib. Bundan əlavə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin terminal çərçivəsinin yaradılması konsepsiyası çərçivəsində liman terminallarının sahibləri ilə KTZ Express-in regionda mövcudluğunun genişləndirilməsi məsələləri ilə bağlı danışıqlar aparılıb.

"Biz Pakistanla logistika sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensial görürük. Ölkələrimiz arasında ticarət dövriyyəsi 50 milyon dolları ötür və birgə səylər ticarət-iqtisadi əlaqələri gücləndirəcək, marşrutun rəqabət qabiliyyətini artıracaq, Qazaxıstanın əsas tranzit qovşağı kimi mövqeyini gücləndirəcək",- Damir Kojaxmetov bildirib.

Xatırladaq ki, 2024-cü ildə ilk dəfə Trans-Əfqan dəhlizi ilə Qazaxıstandan Karaçi limanı vasitəsilə BƏƏ-yə yüklər göndərilib. O, 38 günə təyinat yerinə çatıb.

Əziz Mustafa, Oxuməni.az