
ABŞ-ın neft ehtiyatları bir həftə ərzində 4,63 milyon barel artıb
ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə 4,63 milyon barel artaraq 432,49 milyon barrelə çatıb. Bu barədə ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında deyilir.
Benzin ehtiyatları isə 151 min barel azalaraq 247,9 milyon barelə düşüb. Kommersiya distillə ehtiyatları 2,05 milyon barel azalaraq 116,56 milyon barelə düşüb.
Mütəxəssislər neft ehtiyatlarının 3 milyon barel artacağını, benzin ehtiyatlarının 1 milyon barrel, distillə ehtiyatlarının isə 1,5 milyon barel azalacağını gözləyirdilər.
Əziz Mustafa, Oxuməni.az
Digər xəbərlər