Dünya supermilyarderlərinin reytinqi tərtib edilib
Dünyanın hər yerindən cəmi 24 nəfərin daxil olduğu super milyarderlərin reytinqi tərtib edilib. Bu barədə “The Wall Street Journal” “ Altrata” analitik şirkətinin məlumatlarına istinadən yazır.
Reytinqdə ən azı 50 milyard dollar sərvəti olan insanlar yer alıb. Supermilyarderlərin reytinqinə SpaceX, X, Tesla və bir sıra digər şirkətlərin rəhbəri, həmçinin ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask başçılıq edir. Onun sərvəti təxminən 420 milyard dollar qiymətləndirilir.
“Amazon” onlayn pərakəndə satış şirkətinin yaradıcısı Ceff Bezos ikinci (263,8 milyard dollar), lüks nəhəng LVMH-nin sahibi Bernar Arno üçüncü (238,9 milyard dollar) olub. İlk beşliyi “Oracle” texnologiya şirkətinin rəhbəri Larri Ellison (237 milyard dollar) və “Meta” korporasiyasının baş direktoru Mark Zukerberq (220,8 milyard dollar) tamamlayır.
Ümumilikdə dünyanın 24 ən zəngin adamının payı 3,3 trilyon dollar təşkil edir ki, bu da Fransanın nominal ÜDM-i ilə müqayisə oluna bilər. Siyahıda yer alan 16 nəfərin sərvəti 100 milyard dolları ötür. 19-cu və 20-ci əsrin əvvəllərində ən varlı insanlar sənayeçi idisə, bu gün əksər super milyarderlər texnologiya sektorunda çalışır.
Almaz Həsənli















.jpg)


















.jpg)


















































